Qadınların ərlərinin telefonuna baxması qadağandır? - “Qurani-Kərimdə ayə var”

saytların hazırlanması

Evə çatdırılma

Qadınların ərlərinin telefonuna baxması qadağandır? - “Qurani-Kərimdə ayə var”

Sosial

16 Dekabr 2023 21:40 1544


Misirdə qadınların həyat yoldaşlarının telefonuna baxmasını qadağan edən fətva verilib. Bundan sonra icazəsiz olaraq həyat yoldaşının telefonuna baxan qadın qanun qarşısında cavab verəcək. Ölkə rəhbərliyi bu qərarın zərurətdən doğduğunu söyləyir. Bildirirlər ki, qadınlar həyat yoldaşlarının telefonuna müdaxilə etməklə ailədaxili etibarı sarsıdır və lüzumsuz münaqişələrə zəmin yaradırlar.

Bəs, belə bir qaydanın qəbulu nə dərəcədə insani və dini dəyərlərə uyğundur?

Yenisabah.az xəbər verir ki, ilahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, Qurani-Kərimdə "casusluq etməyin" deyə ayə var: Pepperoni pizza

“Yəni, bir-birinizin eybini araşdırmayın. Qadınların ərlərinin telefonuna icazəsiz baxması doğru hal deyil. Ələxüsus da ki, bu fitnəyə, fəsada, xoşagəlməz hallara səbəb olacaqsa. Ona görə də qadının həyat yoldaşının telefonuna təftiş mənasında baxması doğru deyil. Bu qarşılıqlı etibarı zədələyir. Təsadüfi deyil ki, hər yerdə olduğu kimi Azərbaycanda ailədaxili münaqişənin bir çoxu məhz telefona müdaxilə üzündən baş verir”.

“Yəqin o qədər fəsad yaradıb ki…”

İlahiyatçı onu da qeyd edib ki, hər bir fətva verilərkən o ölkənin, o bölgənin durumu, halın səbəbləri araşdırılır:

“Misirdə verilən bu fətvanın da əsaslı səbəbinin olduğunu düşünürəm. Nəinki ər - arvad, ümumiyyətlə heç kəs başqasının telefonuna icazəsiz baxa bilməz. Heç fətva verilməsə belə İslam dini insanların bir-birini təftiş etməsini yasaqlayır. Ola bilsin, qadınların ərlərinin telefonuna baxması Misirdə o dərəcədə fəsada səbəb olub ki, belə bir fətva ilə hökmü qətiləşdiriblər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!