Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamatalıyev ilə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, tərəflər Azərbaycan-Qırğızıstan qardaşlıq münasibətlərinin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini təsdiq ediblər.
Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin münasibətlərimizin yüksək səviyyəsinə uyğun olaraq daha da inkişaf etdiyi vurğulanıb, parlament komitələri və dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Sezar pizza
Söhbət zamanı parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsində Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) çərçivəsində əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb.
Telegram kanalımız