"Ola bilsin, son hadisələrdən, o cümlədən qoşunların sərhədə yeridilməsi, Bakı ilə İrəvan arasında sərt ritorikadan regional müşahidəçilərinin rəyi belədir ki, müharibə ehtimalı var. Lakin məncə, bölgə yeni bir müharibəyə dözüm gətirə bilməz".
Yenisabah.az Jamaran-a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı keçmiş səfiri Əli Səqayian bildirib.
Onun sözlərinə görə, tərəflər arasında danışıqlar davam etdirilməlidir. pizza sifarişi
"Ermənistanın baş naziri cənab Paşinyan və İbrahim Rəisi arasında telefon söhbətində müzakirə edildiyi kimi, münaqişənin yeganə həlli danışıqlardır. Hesab edirəm ki, ciddi hərbi münaqişə baş verməyəcək".
Eks-səfir vurğulayıb ki, rəsmi Tehran vasitəçilik üçün bütün mümkün variantları masada saxlayıb. "Hətta Ermənistan İrandan xahiş etsə, Tehran bu dost ölkəyə kömək etməyə tələsəcək. Bu sahədə bacarığımızı və xüsusi imkanlarımızı daha əvvəl regionda və dünyada sübut etmişik. Amma məsələnin bütün variantlardan istifadə mərhələsinə çatması çətin görünür. Fikrimcə, diplomatiya və regional çərçivələrdə oyun İranın maraqlarını təmin etmək üçün ən yaxşı vasitədir".
Əli Səqayian qeyd edib ki, 2020-ci ilin İkinci Qarabağ müharibəsində İran prinsipial və düzgün mövqelər tutub. "Yəni işğal olunmuş ərazilər Azərbaycan Respublikasına qaytarılmalı, bölgədə yaşayan ermənilərin hüquqlarına hörmət edilməli, digər tərəfdən, beynəlxalq sərhədlərdə heç bir dəyişiklik olmamalıdır.
Buna baxmayaraq, Qafqaz regionundakı münaqişələrdə Rusiya əsas oyunçulardan biridir və bu ölkə ilə qarşılıqlı əlaqə problemin həllinin açarlarından biri hesab olunur. Ukrayna müharibəsi ilə ruslar öz təsir imkanlarını bir qədər itirsə də, hələ də regionda mühüm oyunçudurlar və onların rolu Bakı ilə İrəvan arasında gərginliyin azaldılmasında və münaqişənin həllində çox təsirli ola bilər".
"Fikrimcə, son iki ildə biz Qafqaz məsələsində mövqeyimizi yaxşılaşdıra bilmişik. Digər vacib budur ki, İran həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə ümumi sərhədi olan bir ölkədir, İranın fikir və mülahizələri nəzərə alınmadan münaqişənin həlli mümkün deyil. Əgər İran bu sahədə yaxşı rol oynayırsa, məncə, Moskva bu sahədə bizi diqqətdən kənarda qoya bilməz", - deyə Əli Səqayian əlavə edib.
Telegram kanalımız