“Qalib müəllim”in qalibləri müəyyənləşdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Qalib müəllim”in qalibləri müəyyənləşdi - Fotolar

Sosial

27 May 2021 23:23 1098


Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, mərasimdə təhsil naziri Emin Əmrullayev və ölkəmizdə səfərdə olan Türkiyənin milli təhsil naziri Ziya Selçuk iştirak edib.

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Vətən müharibəsi qəhrəmanlarının tanıdılması baxımından bu cür müsabiqələrin təşkilinin əhəmiyyətindən danışıb və qalibləri təbrik edib. Dördpendirli pizza

Daha sonra çıxış edən Türkiyənin milli təhsil naziri Ziya Selçuk iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açıb. Ziya Selçuk belə bir tədbirdə iştirakı üçün məmnunluq hissi keçirdiyini dilə gətirib və hər kəsə uğurlar arzulayıb.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Münsiflər heyətinin seçiminə əsasən, beş qalib müəyyənləşib. Belə ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev I yer, Laçın rayon C.Quliyev adına Çorman kənd ümumi orta məktəbinin Uşaq birliyi rəhbəri Türkan Nəsibova II yer, İctimai Televiziyanın böyük redaktoru Samirə Sultanova III yer, Azərbaycan Televiziyasının (AzTV) müxbiri Elnur Ələkbərov IV yer, “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun müxbiri Əzim Cəfərli isə V yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılması olub. Müsabiqəyə ümumilikdə 55 videohekayə göndərilmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!