ARB-də aparıcı Zaur Kamalın müğənni Afşin Azərini efirdən qovması ilə qopardığı ictimai tufan hələ səngiməyib.
Yenisabah.az xəbər verir ki, əksəriyyət iranlı müğənnin tərəfini tutub.
Bəs Afşin Azəri kimdir? pizza hut
Müğənninin tərcümeyi-halında ən mühüm məqamlar:
O, 1984-cü ildə Təbrizdə anadan olub, ifaçısı, bəstəkar və aranjimançıdır. Afşin Azəri konservatoriya məzunu və Tehranın Surə Universitetinin aktyorluq fakültəsinin bakalavrıdır.O, mərhum Əhəd Azərinin oğlu və İran Azərbaycanının tanınmış musiqiçilərindən biri olan Hüseyn Azərinin qardaşı oğludur.
Afşin Azəri 3 yaşından musiqiyə həvəs göstərib və skripka mənimsədiyi ilk musiqi aləti olub. Bundan başqa, piano, gitara, zərb alətləri və s. ifa edir.
12 il əvvəl ilk albomunu buraxıb, İran musiqisində xüsusi üslub yaradan ikinci və üçüncü albomunda Nəsim adlı qadın müğənni ilə həmmüəllif olub.
Afşin Azəri ailəlidir və bir qızı var.
Telegram kanalımız