Qalmaqallı “Spayder” sözünü lüğətə salan şəxs danışdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqallı “Spayder” sözünü lüğətə salan şəxs danışdı - VİDEO

Sosial

19 Yanvar 2022 15:22 5327


“Spayder” sözünü orfoqrafiya lüğətinə salan Dilçilik İnstitutunun aparıcı elmi işçisi Xədicə Heydərova Baku TV-yə açıqlama verib.

Onun sözlərinə görə, hörümçək sözü 2021-ci ilin orfoqrafiya lüğətinin siqnal nüsxəsində olub. Nəşriyyatda baş verən texniki səhv ucbatından bu söz lüğətə daxil edilməyib.

“Bu qərəzli şəkildə həyata keçirilən şou idi. Təəssüf ki, elm adamları da belə işlərə əl atır”, - deyə X.Heydərova qeyd edib. pizza

O, “spayder” sözünün lüğətə əlavə olunmasına da aydınlıq gətirib.

Elmi işçi vurğulayıb ki, “spayder” texniki termin kimi lüğətə daxil edilib və hörümçək sözünün “spayder”lə əvəz edildiyini deyənlərin hərəkəti gülüncdür.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!