Qanun dəyişir: Azərbaycanda əsgərlər bu imtiyazı əldə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Qanun dəyişir: Azərbaycanda əsgərlər bu imtiyazı əldə edəcək

Sosial

29 Fevral 2024 15:17 21022


Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir. Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. 

Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısamüddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, bu dəyişikliyin icrası uzun vaxt apara bilər: pizza hut

“Bu, hərbi xidmətlə bağlı qanunvericilikdə dəyişikliklər etmək istiqamətində edilən təkliflərdəndir. Lakin bu o demək deyil ki, birbaşa qanunvericilikdə dəyişiklik olacaq. Bu, silahlı qüvvələrdə xidmət edən müddətli hərbi xidmət qulluqçularının mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədardır. Xidmətdə olanlar ən azından 2 dəfə 10 günlük olmaqla məzuniyyət əldə etsələr, hərbi xidmətin mənəvi-psixoloji tərəfinə öz ciddi təsirini göstərəcək. Bizim cəmiyyət, səfərbərlik ehtiyatları və ailələr belə məsələlərdə biraz həssasdır. Ona görə düşünürəm ki, bu qərar silahlı qüvvələrdə təşkil olunan xidmətə mənfi təsir etməyəcək. Hazırda səfərbərlik ehtiyatlarımız silahlı qüvvələrin tələbatını tam şəkildə ödəyir. Amma digər tərəfdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunvericiliyin dəyişdirilməsi “Hərbi xidmət keçmək haqqında” əsasnamənin dəyişdirilməsinə gətirib çıxarır. Ona görə də bu mümkün olsa belə, müəyyən vaxt aparacaq məsələdir”. 

Ekspert xidmət müddətindən asılı olaraq məzuniyyətin təyin olunması məsələsinə də münasibət bildirib.

“Hər bir halda hərbi qanunvericilikdə bununla bağlı dəyişiklik olarsa, 12 və 18 ay xidmət keçən hərbi qulluqçuların məzuniyyət vaxtı fərqli formada təyin oluna bilər. Məsələn, 1 illik hərbi qulluqçu 10, 1 il 6 aylıq hərbi qulluqçular isə 20 gün müddətində məzuniyyətə gedə bilər. Bunu daxili xidmət nizamnamələri ilə tənzimləmək çox asandır. Amma məlum olduğu kimi ali təhsilli, yəni 1 il xidmət edən hərbi qulluqçuların təhsil pillələri ilə bağlı onlara güzəştli və ya ödənişli xidmətlə əvəz edilməsi də gündəmdədir. Hazırda hərbi xidmətlə bağlı qanunvericilikdə yeniliklərin edilməsi istiqamətində müxtəlif axtarışlar, təklif müzakirə olunur. Düşünürəm ki, hər bir halda istənilən dəyişiklik ordu quruculuğu və silahlı qüvvələrin döyüş hazırlığını irəli götürən addım olacaq, çünki ombudsmanın təklifi silahlı qüvvələrdəki şəxsi heyyətlə söhbətin, araşdırmaların nəticəsində mçeydana çıxıb”.

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramal Camalov
    "... ordu quruculuğu və silahlı qüvvələrin döyüş hazırlığını irəli /götürən/ addım..." Əziz Yeni Sabah redaktoru, işarələdiyim hissədə "irəli aparmaq" olmalıdır. Azərbaycan dilində 'götürmək' sözü Türkiyə türkcəsindən fərqli olaraq başqa məna verir. Bunu Siz də bilirsiniz. Həm zəhmət olmasa orfoqrafik səhvlərə də diqqət edin. Anlayışınız üçün təşəkkürlər
    2 years ago