Qanunsuz balıq ovlayan şəxs tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayan şəxs tutuldu 

Sosial

27 Yanvar 2024 10:56 251


Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri davam etdirirlər.  Sezar pizza

Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin tədbirlər nəticəsində Qazax rayon Ağstafaçay Su Anbarında qeyri-qanuni balıq ovu ilə məşğul olan İ.Aşırov saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumulyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 22 kiloqram olan 95 ədəd daban (karas) balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!