Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

Sosial

11 Mart 2022 15:05 597


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Yəhya Əkbərov və Samux rayon sakini Qorxmaz Muradov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”. Sezar pizza

B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 420 metr uzunluğunda sintetik tor yığışdırılıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!