Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

Sosial

09 İyun 2022 12:11 709


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında və Yenikənd su anbarında balıq ovlayan şəxslər saxlanılıb.

Yenisabah.az- xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Adil Ağayev və Şəmkir rayon sakini Nihad Ağayev olduğu müəyyən edilib.

“Faktlarla bağlı bir qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb, bir fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilməsi üçün hazırlanır”. Dördpendirli pizza

Bəhruz Məhəmmədov qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 820 metr uzunluğunda sintetik tor yığışdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!