Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı 

Sosial

17 Fevral 2023 17:03 774


Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri akvatoriyasında, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Azər Abdullayev, Neftçala rayon sakinləri Yasər Yusubov, Asif Cəfərov, Yusif Hüseynov, Mübariz Cəfərov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. 

“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1390 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb”.  Sezar pizza

B.Məhəmmədov bildirib ki, eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, Quba rayon sakinləri Sahib Daşdəmirov, Zülfü İsmayılov, Taleh İsayev, Şabran rayon sakini Heybətulla Bağırov, İmişli rayon sakini Mübariz Şahbazov, Bakı şəhər sakini Sücayət Əliyev, Ağcabədi şəhər sakinləri Emin Nəsirov və Tofiq Musayev saxlanılıb.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!