Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı 

Sosial

28 Fevral 2023 10:36 506


Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Neftçala rayonu akvatoriyasında, Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Xızı rayon sakini Xalid Əliyev, Ağstafa rayon sakini Məzahir Həsənov, Neftçala rayon sakinləri Turab Süleymanov, Bilal Hüseynov, Cəsarət Bəşirov, Yaşar Ayazov, Nəhməd Babayev və İsmayıl Rəsulov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 981 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb”.  pizza sifarişi

B.Məhəmmədov bildirib ki, eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, İmişli rayon sakini Seyran Xəlilov, Xaçmaz rayon sakinləri Anar Novruzov və Zülfüqar Mehrəliyev saxlanılıb.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!