Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı 

Sosial

08 İyun 2023 10:37 569


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir Su Anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakini Təyyar Mustafayev, Yevlax rayon sakinləri Təbriz Yusifov, Yusif Əzizov, Yadigar Allahverdiyev, İlqar Məmmədov, Zaqatala rayon sakini Vüqar Həsənov, Neftçala  rayon sakini Rüstəm Kazımov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. 

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!