Qanunsuz qum daşıyan şəxslər barəsində akt tərtib olundu

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz qum daşıyan şəxslər barəsində akt tərtib olundu

Sosial

17 Fevral 2023 11:03 645


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər rayonu, Türkan qəsəbəsində keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında “Shacman” markalı 90 TL 580 və “Howo” markalı 77 FD 821 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə qanunsuz qum daşındığı müəyyən edilib. 

Xidmət rəsmisi Qafar Ağayev Yenisabah.az-a bildirib ki, araşdırma zamanı qum daşıyan şəxslərin Elmin Əliyev və Xaliq Abdullayev olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbirlər görülüb. 

“Ərazinin nəzarətdə saxlanılması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Xəzər Rayon İcra Hakimiyyətinə və Xəzər Rayon Polis İdarəsinə müraciət olunub”.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!