Qar yağacaq, yollar buz bağlayacaq - Sabahın havası

saytların hazırlanması

Evə çatdırılma

Qar yağacaq, yollar buz bağlayacaq - Sabahın havası

Sosial

08 Fevral 2023 13:14 981


Fevralın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1°-dək isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.  Dominos pizza

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

Yollar buz bağlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!