Qar yağıb, yollarda görünüş məsafəsi məhdudlaşıb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Qar yağıb, yollarda görünüş məsafəsi məhdudlaşıb - FAKTİKİ HAVA

Sosial

24 Yanvar 2024 18:15 502


Yanvarın 24-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində qarlı hava şəraiti davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Naxçıvan, Şərur, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Zaqatala, Altıağac, Quba, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada qar yağır. Toyuqlu pizza

Göygöl, Şahbuz, Balakən, Şəki, Sarıbaş (Qax), Şamaxı, Göyçayda duman müşahidə olunur. Sözügedən ərazilərdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!