“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qaldı

“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qaldı

İdman Veb saytların hazırlanması

06 Oktyabr 2022 23:08 1083


Yunanıstanda “Olimpiakos”la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn “Qarabağ” azarkeşləri hücuma məruz qalıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin “Report”a verdiyi məlumata görə, 20 yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.

Yalnız polsilərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

“Qarabağ”ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib.

Qeyd edək ki, “Georgios Karaiskakis” stadionunda oynanılacaq “Olimpiakos” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!