Qarabağ bölgəsində yeni layihələr həyata keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ bölgəsində yeni layihələr həyata keçirilir

Sosial

27 May 2023 16:39 784


Nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində layihələr davam etdirilir. İşğal dövründə bioloji müxtəliflik komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində də bu layihələr həyata keçirilir və davamlı şəkildə icrası planlaşdırılır. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Yenisabah.az-a bildirib ki, işğaldan azad edilmiş ərazilərdə fauna növlərinin-ceyran, bezoar keçisi,Şərqi Qafqaz turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin cari  il ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.

"Ötən dövr ərzində balıq növləri və ceyranın populyasiyasının bərpası üçün işlər görülüb. Son iki ildə işğaldan azad edilmiş ərazilərdəki Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə qızılxallı forel balığının buraxılışı təşkil olunub, Cəbrayıl rayonunun ərazisində 33 baş ceyran tarixi areallarına qaytarılıb. Bu qəbildən olan bərpa layihələri növbəti dövrlərdə də həyata keçiriləcək". pizza

Xidmət rəsmisinin sözlərinə görə,  Şərqi Qafqaz turu fərdlərinin Qarabağ və Şərqi Zəngəzur ərazisində əvvəllər məskunlaşdıqları areallarına qaytarılması üçün hazırlıq işlərinə başlanılıb.

Xidmət rəsmisi İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyinin birgə fəaliyyəti nəticəsində, xüsusilə ceyran, zubr kimi növlərin tarixi məskunlaşma yerlərinə qaytarılması prosesinin də uğurla davam etdiyini xatırladıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!