“Qarabağ ermənilərinin ilkin qeydiyyatı məsələsinə hökumətin bu günə qədər olan açıqlamaları kontekstində baxmaq lazımdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu deyib.
O, Qarabağ ermənilərinin ilkin qeydiyyatının aparılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun açıqlamasına münasibət bildirib: Pepperoni pizza
“İlkin qeydiyyat odur ki, əvvəlcə, bu insanların Qarabağda yaşamaq istəyinin olub-olmadığı müəyyən ediləcək. Buna Azərbaycan vətəndaşlığını qəbul etdirmək üçün həyata keçirilən bir təşəbbüs də deyə bilərik. Yəqin ki geridönüş edənlərin sayı müəyyən ediləndən sonra onlarla bağlı konkret qərar veriləcək. Onda bilinəcək ki, Qarabağ ermənilərinin ölkəmizdə yaşamaları üçün yetərli sayda müraciət olub, yaa yox. Əgər yetərli sayda müraciət olunubsa, böyük ehtimalla, bu, gələcəkdə onlara vətəndaşlıq verilməsi məsələsinin mənfi, yaxud müsbət həlli üçün bir başlanğıc olacaq”.
Ə. Əhmədoğlunun fikrincə, bu sistem təktərəfli olmayacaq:
“Azərbaycan hökuməti paralel olaraq həm də vaxtilə Ermənistanda yaşayıb oradan deportasiya edilən azərbaycanlıların geri qaytarılması məsələsini danışıqlarda təqdim edəcək. Yalnız bundan sonra məsələ razılaşdırılacaq. Lakin ola bilər ki, hər 2 toplum artıq yerləşdiyi yerdə həyatlarını davam etsin.
Oxşar məsələ vaxtilə Türkiyə və Yunanıstan arasında, xüsusilə də Frakiya bölgəsində baş vermiş hadisə ilə bağlı razılaşdırılmışdı. Birinci və ikinci dünya müharibələrindən sonra orada yaşayan türk və yunan şəxslər mənsub olduğu topluma inteqrasiya edilmiş və ərazi mübadiləsi həyata keçirilmişdi. Bunu əsas götürsək, o zaman Ermənistandan gələn azərbaycanlıların Qarabağa, Qarabağdan gedən ermənilərin isə Zəngəzura yerləşdirilməsi gələcəkdə qarşılıqlı olaraq razılaşdırıla bilər.
Zəngəzur vaxtilə azərbaycanlıların sıx məskunlaşdığı ərazi olub. Əgər Qərbi azərbaycanlılar oraya dönməsə, bu, artıq Qarabağın Azərbaycandakı erməniəsilli icması ilə yaşama yeri mübadiləsi kimi düşünülə bilər. Lakin ilkin qeydiyyat bu prosesin hüquqi proseslərini özündə ehtiva edir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız