Qarabağ kanalında batan şəxsin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ kanalında batan şəxsin meyiti tapıldı

Hadisə

21 İyul 2026 18:27 121


Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 59 yaşlı kişinin meyiti tapılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, 17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 40 km aralı, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!