“Qarabağ” “Qalatasaray”a məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Qalatasaray”a məğlub oldu

İdman

26 Mart 2023 21:57 1478


Bu gün "Qarabağ" və "Qalatasaray" arasında xeyriyyə oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, azarkeşlər tərəfindən maraqla gözlənilən matç Bakı Olimpiya Stadionunda oynanılıb. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, iki komanda arasında tarixdə ilk oyun olub.

Matçdan əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi hazırda Azərbaycan Premyer Liqasında, İstanbul klubu isə Türkiyə Superliqasında liderdir. 

26 mart

Xeyriyyə (qardaşlıq) oyunu

20:00. "Qarabağ" - "Qalatasaray" - 1:2

Qollar:  Reydon Cica, 19 - Bafetimbi Qomis, 4, Mauro İkardi, 87-pen.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmrəli,  Tural Qurbanov

Bakı Olimpiya Stadionu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!