7 İyul - 03:16
“Qarabağ qardaşlığımızın zirvəsidir“ - Selçuk Bayraktar

“Qarabağ qardaşlığımızın zirvəsidir“ - Selçuk Bayraktar

Digər

26 May 2022 12:42 490


“Bu gün ölkələrin müstəqilliklərini qorumaları üçün yüksək texnologiyalara malik olmasının nə dərəcədə əhəmiyyətli olduğunu görürük”.

Yenisabah.az xəbər veir ki, bunu bu gün "Texnofest Azərbaycan" texnoloji festivalında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

Selçuq Bayraktar deyib ki, uğurların əsası inanmaqdan keçir:

“İnsanı ən çətin anda belə motivasiya edən inancı və hədəflərdir. Atam Özdəmir Bayraktarın da dediyi kimi, haqqı üstün tutmağı inancınızda əsas götürün. İnanaraq başladığınız işdə ailənizə, ailənizdən də ötə millətinizə, millətinizdən də ötə dünyaya faydanı əsas götürün”.

O qeyd edib ki, iki ölkənin xalqları, dövlətləri ən çətin anlarda bir-birlərinə dəstək olublar:

“Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ indi qardaşlığımızın zirvəsidir. Şəhidlərimizi bir daha anmaq istəyirəm. Dost ən çətin gündə tanınar, ən çətin gündə də bir aradaydıq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!