Qarabağ qazisi ölümdən necə xilas oldu? -   Video

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ qazisi ölümdən necə xilas oldu? - Video

Sosial

21 Yanvar 2021 15:48 1208


Əslən Xocalıdan olan "Azərbaycan Bayrağı" ordenli Qarabağ qazisi Xəqani Səlimova "Süni Ürək Cihazı" yerləşdirilərək həyatı xilas edilib.

Yenisabah.az xəbər verir ki, əməliyyat Azərbaycan və Türkiyədən olan peşəkar mütəxəssislər tərəfindən həyata keçirilib.

Xocalı faciəsinin canlı şahidi olan Qarabağ qazisi Xəqani Slimov 2020-ci il sentyabrın ortalarında pandemiya xəstəxanasında ağır ağciyər pnevmaniyasından müalicə alan zaman aparılan müayinələr nəticəsində Son Mərhələ Ürək Çatışmazlığı diaqnozu qoyulub. Pnevmaniya ilə birlikdə septik şoka girən xəstəyə infeksiya müalicəsi gedərkən yaşaması üçün tək çarə olan ürək transplantasiyası, və ya süni köməkçi ürək cihazı yerləşdirilməli idi. Həkimlər təcili əməliyyat qərarı verib. Gərgin keçən əməliyyat sonda uğurla nəticələnib. Xəqani Səlimov əməliyyatdan ayıldıqda Vətən müharibəsində qazanılan Zəfərlərin xəbərini alıb və Ordumuzun qələbələri onu yaşamağa daha da ruhlandırıb. (Trend) pizza mizza

Qeyd edək ki, çətin və unikal əməliyyat Tibb elmlər doktoru Rəşad Mahmudovun rəhbərliyi altında Türkiyənin "Ege Universiteti"nin professoru Dr.Tahir Yağdı və geniş bir yerli komandanın iştirakı ilə həyata keçirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!