“Qarabağ“a görə 3 metrostansiyanın iş vaxtı uzadılacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“a görə 3 metrostansiyanın iş vaxtı uzadılacaq

Sosial

02 Noyabr 2022 13:17 1011


“Qarabağ” klubunun oyunu ilə əlaqədar 3 stansiyanın iş vaxtı uzadılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Noyabrın 3-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. pizza

Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndiriləcək, stansiyada növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında ehtiyat tədbirlər görüləcək.

Bundan əlavə, futbol matçını stadionda izləyəcək azarkeşlərin qarşılaşmadan sonra mənzil başına rahat çatmaları üçün “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında iş saatı 01:00-a qədər uzadılacaq.

Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!