“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”.
"Yeni Sabah" qol.az-a istinadla xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl bildirib.
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq. Hesab edirəm ki, bu, klub tarixinin ən yaxşı komandasıdır. Baş məşqçi istəsə, daha bir neçə transfer etməyə hazırıq", - deyə o qeyd edib. pizza sifarişi
Xatırlatma: "Qarabağ" klubunun cari mövsümdə avrokuboklardakı qazancı təxminən 35 milyon avro (təqribən 70 milyon manat) təşkil edir. Bu məbləğ klubun Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması, reytinq göstəriciləri və qitə miqyaslı oyunlardakı uğurlu nəticələrindən əldə olunub.
Həmin qazanc klubun tarixində rekord göstərici olmaqla yanaşı, Azərbaycan futbolu üçün də ən yüksək nəticə hesab olunur.
Telegram kanalımız