Əslən Cəbrayıl rayonundan olan Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin Qarabağa köçməklə bağlı qərarı maraqla qarşılanıb. Tanınmış jurnalistin TV Musavatın efirində bu qərarını ictimailəşdirməsi müzakirələrə səbəb olub.
Qeyd edək ki, Seymur Verdizadə TV Musavata verdiyi müsahibəsində doğma yurda qayıtmaq arzusu ilə yaşadığını, Bakıdakı həyatını, işini, dostlarını tərk edərək, birdəfəlik Cəbrayıla, o cümlədən işğaldan azad edilmiş digər rayonlarımızdan birinə köçüb orada yaşamaq, çalışmaq istədiyini bildirib.
Baş redaktor bu mövzuda yeni açıqlamalar verib. O, qərarının qəti olduğunu növbəti dəfə vurğulayıb: "Hazırda Azərbaycan xalqı tarixinin ən parlaq dövrlərindən birini yaşayır. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad olunması uzun illər ağır köçkünlük həyatı yaşamış bir insan kimi məni sevindirir, qürurlandırır. Sevindirici haldır ki, Cənab Prezidentin rəhbərliyi altında hazırda işğaldan azad edilmiş torpaqlarda quruculuq-abadlıq işləri aparılır, Qarabağ, Şərqi Zəngəzur yenidən dirçəldilir. Mən də bu prosesdə iştirak etmək, işğaldan azad olunmuş rayonlarımızın yenidən abadlaşdırılmasına öz töhfəmi vermək istəyirəm". pizza hut
Seymur Verdizadə bildirib ki, bunun üçün Bakıdakı işindən imtina edərək, Qarabağa köçməyə hazırdır: "Doğulub boya-başa çatdığım Cəbrayıl rayonunun da daxil olduğu Şərqi Zəngəzur iqtisadi rayonunda, o cümlədən işğaldan azad edilmiş digər şəhər və rayonlarımızda fəaliyyət göstərən qurumların birində müvafiq işlə təmin olunacağım təqdirdə etimadı ən yüksək səviyyədə doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız