Qarabağa nə qədər erməni qayıdacaq? - “300 minə yaxın azərbaycanlı...”

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa nə qədər erməni qayıdacaq? - “300 minə yaxın azərbaycanlı...”

Siyasət

14 Noyabr 2023 13:12 7186


"Azərbaycan reinteqrasiya prosesi üçün bütün imkanları yaradıb".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

O Qarabağı könüllü olaraq tərk edən ermənilərin hansı şərtlər altında geriyə qayıtması amilindən söz açıb.

Müsahibimiz xatırladıb ki, bəlli olduğu kimi, terrorçuların girovuna çevrilmiş və bir çox hallarda onların təlimatlarına uyğun davranan şəxslər Azərbaycan ərazilərini könüllü şəkildə tərk etdilər:

"İndi isə qayıdış prosesi üçün bir neçə aspekt nəzə alınmalıdır. Qənaətimə görə, bu proses Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma evlərinə qayıtması prosesi ilə paralel şəkildə həyata keçirilməlidir. Çünki, əgər söhbət insanların yaşayış hüququnundan və onların təminatından gedirsə, bu, prinsipi əsas götürsək, burada bərabərlik anlayışı qətiyyən pozula bilməz. Bu, insan hüquq və azadlıqları ilə bağlı konvensiyanın ən fundamental prinsiplərindəm biridir".

Onun sözlərinə görə, birincisi, bu amil bu nəzərə alınmalıdır:

"Çünki 300 minə yaxın azərbaycanlı qaçqın var və o qaçqınların geri qayıdışı təmin olunmalıdır. Digər tərəfdən, bu prosesdən sonra 1991-ci ilə qədər doğulan və onların varislərinin geri qayıdışından söhbət gedə bilər. Həmçinin digər ölkələrin vətəndaşı olmayan şəxslərin ölkəmizə qayıdışından söhbət gedə bilər. Çünki başqa ölkənin vətəndaşı Azərbaycan vətəndaşı kimi ölkəmizdə eyni hüquqlara malik vətəndaş kimi yaşaya bilməz".

Analitik əmindir ki, indiki prosesdə isə əsas aspekt şəxsin Azərbaycan vətəndaşlığını qəbul etməsi və qanunlara uyğun yaşamasının əsas götürülməsidir:

"Digər vacib məsələlərdən biri isə odur ki, geri qayıdan insanların Azərbaycan əleyhinə proseslərdə iştirak etməməsidir. Əgər bu şəxslər Azərbaycan ərazisində cinayətə yol veribsə, təbii ki, ölkə qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməlidir".

"Bu amillər nəzərə alınmaqla yanaşı, Qərbi Azərbaycandan olan soydaşlarımızın paralel olaraq yurd-yuvalarına qayıtması prosesindən sonra Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən ermənilərin Qarabağa qayıtması mümkündür", - fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şəmsəddin
    Erməninin heç nəfəsi, iyisi də Qarabağda olmamalıdır. Bu alçaqların bizə qarşı törətdikləri vəhşilikləri unutmaq üçün 3-4 əsr vaxt keçməlidir.
    2 years ago