Qarabağa yalnız Azərbaycan vətəndaşları gedə biləcək - Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa yalnız Azərbaycan vətəndaşları gedə biləcək - Nazir müavini

Sosial

18 Yanvar 2022 13:33 748


Hazırkı mərhələdə Qarabağa avtobuslarla yalnız Azərbaycan vətəndaşları gedə biləcəklər.

Yenisabah.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, təşkil edilən avtobus reysləri turizm məqsədli yox, ziyarət məqsədlidir. Vətəndaşlar bu avtobus reyslərindən istifadə edərək işğaldan azad olunmuş ərazilərə gedib oradakı mövcud vəziyyəti öz gözləri ilə görə bilərlər. Pepperoni pizza

“Hazırda ziyarət edənlərin həmin ərazilərdə qalması nəzərdə tutulmayıb, ziyarətçilər getdikləri gün də qayıtmalı olacaqlar. Bərpa və quruculuq işlərinin gedişatından, minalardan təmizləmə prosesindən asılı olaraq, bu müddətin artırılması mümkündür. Həmçinin gələcəkdə xarici vətəndaşlar da bu avtobus reyslərindən istifadə edə biləcəklər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!