“Qarabağda çalışacaq müəllimlərə güzəştlər hələ planlaşdırılmır“ - RƏSMİ    

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağda çalışacaq müəllimlərə güzəştlər hələ planlaşdırılmır“ - RƏSMİ    

Sosial

17 Dekabr 2021 14:16 489


“Azad edilən ərazilərdə çalışacaq təhsil işləri üçün hər hansı güzəştlərin edilməsi ilə bağlı hazırda müzakirə yoxdur. Çünki həmin ərazilərdə hələ minatəmizləmə işləri davam edir".

Yenisabah.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb: Dördpendirli pizza

“Təbii ki, ümumilikdə bir çox məktəblərdən söhbət gedir. Yəqin ki, orada çalışacaq müəllimlərin gedişi də planlaşdırılır. Çünki bir neçə məqama diqqət yetirmək lazımdır. Onlar həmin ərazilərə qayıtdıqda məktəblərin həcmi və şagird sayı dəyişə bilər. Bu, çox ciddi planlaşdırma tələb edən işdir”.

Nazir qeyd edib ki, hazırda azad edilən ərazilərə qayıdacaq təhsil işçiləri üçün güzəşt paketi ilə bağlı müzakirə mərhələsinə çatılmayıb:

“Nə qədər müəllimin orada çalışması məsələsi də hələ müəyyənləşməyib. Bu, konkret rəqəm tələb edir”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!