Qarabağda daha 5 erməni hərbçinin meyiti tapıldı - “Onları tanımaq mümkün deyil“

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda daha 5 erməni hərbçinin meyiti tapıldı - “Onları tanımaq mümkün deyil“

Rəsmi

23 Yanvar 2021 13:21 744


Qarabağda aparılan axtarış işləri zamanı daha beş erməni hərbçisinin qalıqları tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya qondarma rejimin Fövqəladə Hallar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tadevosyan məlumat verib. Açıqlamaya görə, cəsədlər, Füzuli, Suqovuşan, Hadrut, Cəbrayıl bölgələrindən tapılıb:

“Onları tanımaq mümkün deyil, şəxsiyyətlərini müəyyənləşdirmək üçün DNT müayinəsi aparmaq lazımdır. Axtarış işləri bu gün Suqovuşan, Füzuli və Laçında davam etdiriləcək. Könüllülər və hərbi qulluqçuların valideynləri də bu işdə iştirak edirlər".

Tadevosyan qeyd edib ki, ümumilikdə 13 noyabrdan bu günədək 1 256 erməni cəsədi və qalıqları tapılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!