“Qarabağda damları günəş paneli ilə örtülü evlər tikilsin“   - Təklif

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağda damları günəş paneli ilə örtülü evlər tikilsin“ - Təklif

Sosial

27 Yanvar 2021 14:27 1349


"Azərbaycan İqtisadiyyat və Energetika Nazirlikləri birgə açıqlama yayıblar, çox maraqlı detallar var, ölkədə elektrik enerji istehsalı və paylanması addım-addım özəlləşdiləcək. Daha bir maraqlı məqam bərpa olunan enerjiyə keçidin sürətlənməsi üçün daha çox işlərin görüləcəyi anonsudur. Bu haqda illərdir çox danışmışıq, araşdırmalarımız və təkliflərimiz olub, ümid edirəm ki, niyyətlə son nəticə bu məsələdə üst-üstə düşəcək, çünki ölkədə ən böyük problem odur ki, rəsmi elan olunan işlərlə real nəticə çox zaman “koqnitiv dissonans” yaradır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, Azərbaycanda bərpa olunan enerji potensialı çox böyükdür, amma vətəndaşları maraqlandıran sistem qurulmasa, bunun effekti güclü olmayacaq:

“Bu günə qədər bu sahədə atılan addımların hamısında xarici investorların tərəfdaşı dövlətdir” yanaşması doğru deyil. Dəfələrlə səsləndirdiyimiz təklifi bir daha deyək. Ölkə əhalisi bərpa olunan enerji istehsalının əsas oyunçusu olmalıdır, bunun çox da çətin olmayan mexanizmi var. Kiçik texniki detallara qədər izah etməyə çalışaq: 1. Ölkənin rayon və kəndlərində fərdi evlərin günəş panelləri ilə təmin edilməsi üçün xüsusi proqram qəbul edilir. 2. İşğaldan azad edilən ərazilərdə ancaq damları günəş paneli ilə örtülü evlər, binalar tikilir. Sezar pizza

3. Ölkə əhalisi öz evlərinin dam örtüyünü günəş paneli ilə örtməsi üçün müraciət edir, növbə ilə hər bir müraciət edən şəxsə bu iş üçün faizsiz kredit verilir. 4. İndiki qiymətləndirmə ilə 100 m2 dam örtüyünü günəş panelləri ilə örtmək, sistemi qurmaq, artıq qalan enerjini generasiya etmək üçün avadanlıqla birgə cəmi 1500-3000 manat arası (istehsalçı şirkətdən asılı olaraq) vəsait lazımdı. Dövlət bu vəsaiti faizsiz kredit şəklində verir, vətəndaş öz enerji təlabatının tamamını günəş (külək) enerjisi vasitəsi ilə ödəyir, hər ay işıq pulu ödərcəsinə bir müddət krediti ödəyir, sonra isə elektrik enerji parası, ümumiyyətlə, ödəmir. Həmçinin hər 3 evə istehlakdan artıq qalan elektik enerjisini generasiya etmək üçün avadanlıqlar quraşdırılır,  3 qonşu işlətmədiyi elektrik enerjisini sayğac vasitəsi ilə o qurğuya ötürür, dövlət (və ya özəl sektor) isə artıq qalan elektrik enerjisini fiksə edilmiş qiymətlərlə alır. 5. Əhalinin qazanacağı pul sonradan həmin günəş panellərinin təmirinə, yenilənməsinə istifadə edilə bilər. Müasir günəş panelləri azı 8 il xidmət göstərə bilirlər”.

Ekspert diqqətə çatdırıb ki, belə bir sistem qurulsa, vətəndaşlar həm öz elektrik enerjisi təlabatını tam ödəyə, həm də sonra bundan pul qazana bilər:

“Vətəndaşların iştirakını təmin etmək yolu ilə bu sahədə böyük uğur qazanmaq, dünyada gedən ekologi trendə də ayaq uydurmaq olar. Ən yuvarlaq hesablamalara görə ölkə ərazisində 4 mln. nəfər çox qısa zamanda özlərini elektrik enerjisi ilə təmin edə biləcək evlərdə yaşaya, hətta elektrik enerjisi satışından pul qazana bilər. Bu həm də bizim – Azərbaycanın qlobal çağırışlara verəcəyi müasir və adekvat cavab ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!