“Qarabağda döyüşən erməni dindarlar hansı üzlə Allahın qarşısına çıxacaq?!“   - ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağda döyüşən erməni dindarlar hansı üzlə Allahın qarşısına çıxacaq?!“ - ETİRAZ

Din

02 Noyabr 2020 14:08 2743


Ermənistanda din xadimlərinin Qarabağdakı döyüşlərə cəlb olunması barədə məlumatlar öz təsdiqini tapıb. Əsir düşmüş Ermənistanın Gümrü şəhərindəki Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç məcburi şəkildə döyüşə aparıldığını etiraf edib.

Adətən din xadimləri müharibələrdən uzaq olur və daha çox sülh tərəfdarı kimi çıxış edirlər. Amma görünən budur ki, Ermənistan bu məsələdə də öz xislətinə uyğun davranır.

Mövzu ilə bağlı Yenisabah.az-a  danışan dini məsələlər üzrə ekspert Hacı Rahim bildirib ki, erməni din xadimlərinin haqqları olmayan torpaqda qan tökmələri dini baxımdan da qəbuledilməzdir:

“Ümumiyyətlə, vətən, torpaq uğrunda vuruşanlar arasında heç bir fərq qoyulmur. Hərə öz vəzifəsində düzgün və tam iştirak etməlidir. Allah yer üzərinə neçə din göndəribsə, hamısında təkallahlılığı təbliğ edib. Allahın yer üzərinə göndərdiyi bütün dini kitablarda da “haqq” sözü deyilir. Haqqı, məzlumu hər zaman müdafiə etməyi Allah özü bizə  buyurub. Bizim də işimiz haqq işidir. Ermənilərin dini rəhbərləri belə haqq tərəfdarı deyillər. Din hər zaman haqqı, gözəlliyi, əxlaqı, mənliyi təbliğ edir. Onların dindarları hansı dini fikirlə, hansı üzlə bizim torpaqlarda döyüş aparır?! Bütün dinlərdə belə bir qayda var: əgər bir yerdə  hər hansı dini ayini icra edirsənsə və həmin yerin sahibi buna icazə vermirsə o ayin batil sayılır, Allah onu qəbul etmir.

Hazırda erməni din xadimlərinin vuruşduğu ərazilərin sahibi Azərbaycandır. Onlar hansı dini əqidə ilə qəsb olunmuş torpaqlarda qan tökür? Bu qədər qan tökülür, onlar sabah öz dinləri ilə Allaha hansı cavabı verəcəklər? Bu nə dini tərəfdən, nə insanlıq, nə də haqq tərəfdən qəbuledilməzdir. Onların heç bir dini mənsubiyyəti belə yoxdur və azğın millətdirlər”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!