Qarabağda işləmək istəyənlərin nəzərinə! - Vəzifə və maaşlar

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda işləmək istəyənlərin nəzərinə! - Vəzifə və maaşlar

Sosial

16 May 2023 09:03 6940


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə aşpaz, qabyuyan, gözətçi, fəhlə, xadimə, xidmətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Yuxarıda göstərilən vəzifə maaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək şəraitinə görə əlavələr daxildir. Həmçinin, işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərtə tutulmuşdur. Dominos pizza

Maraqlananlar aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

şəxsiyyət vəsiqəsinin surəti;

təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 31 may tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!