Qarabağda işləyən əcnəbilərə 2 illik icazə təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda işləyən əcnəbilərə 2 illik icazə təsdiqləndi

Sosial

09 Dekabr 2022 11:50 784


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 il müddətində iş icazəsi veriləcək.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərlə münasibətdə iş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasına imkan veriləcək. pizza

Qüvvədə olan qanunvericiliyə əsasən, ümumi əsaslarla iş icazəsi 1 il müddətində verilə, onun müddəti isə hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər.

Dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə gələn ilin yanvarın 1-dən 2028-ci ilin yanvarın 1-dək qüvvədə olacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!