Qarabağda itkin düşmüş daha 15 erməni hərbçinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda itkin düşmüş daha 15 erməni hərbçinin meyiti tapıldı

Rəsmi

30 Yanvar 2021 20:47 922


Qarabağda itkin düşmüş daha 15 erməni hərbi qulluqçunun meyiti tapılıb.

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hərbi qulluqçulardan birinin meyiti Xocavənddə, on üçü Cəbrayılda aşkarlanıb. Daha bir meyiti isə Azərbaycan tərəfi başqa ərazidə aşkarlayaraq təhvil verib.

Ermənistanda müharibə vaxtı həlak olmuş hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Qeyd edək ki, Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 344-ə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!