Ermənilər Qarabağda mərhələli mina basdırılmasından istifadə ediblər.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu ANAMA-nın Metodologiya və qiymətləndirmə şöbəsinin müdiri Adil Aslanov bildirib.
O qeyd edib ki, ərazilərin təmizlənməsi istiqamətində aparılan işlər zamanı ən çox rast gəlinən mərhələli mina basdırılması üsuludur: "Təmizləmə əməliyyatı apardığımız hər yerdə, xüsusilə "Zəfər yolu" və digər kommunikasiya xətlərinin keçdiyi zonalarda bu cür hallara daha çox rast gəlinir. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin ləng aparılmasının əsas səbəbi də basdırılan minaların bir neçə mərhələdən ibarət olmasıdır. Bu cür halların qarşıya çıxması insanların həyatı üçün ciddi təhlükə yaradır." Pepperoni pizza
A.Aslanov qarşıya çıxan problemin çətinliyinə baxmayaraq, ərazilərin tam təmizlənməsi yolunda daha ciddi və sayıq çalışdıqlarını vurğulayıb.
Telegram kanalımız