Qarabağda mülki erməni qalmayıb: Erməni nazirdən pensiya açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda mülki erməni qalmayıb: Erməni nazirdən pensiya açıqlaması

Rəsmi

30 Oktyabr 2020 16:08 2637


Ermənistan rəsmiləri tez-tez Dağlıq Qarabağda mülki ermənilərin hədəfə gəldiyi barədə açıqlamalar verirlər. Hərçənd, Azərbaycan Ordusunun hədəfi yalnız hərbi obyektlər, separatçı-terroçu qruplar və muzdlu döyüşçülərdir.

“Yeni Sabah” bildirir ki, İrəvanın “mülki ermənilər” məsələsini qabartmasına səbəb hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana beynəlxalq təzyiqin artmasına nail olmaqdır. Əslində, isə Dağlıq Qarabağda artıq mülki ermənilər demək olar ki, yoxdur.  

Ermənistanın Əmək və sosial məsələlər nazirinin müavini Tatevik Stepanyanın açıqlaması da Dağlıq Qarabağda mülki ermənilərin olduğuna şübhə ilə yanaşmağa əsas verir.

Stepanyan deyib ki, qondarma respublikanın vətəndaşları pensiya və yardımları almaq üçün Ermənistanda yaşadıqları ərazilərin yaxınlığında istənilən “Haypost” filialına müraciət edə bilərlər.

Bu açıqlama qondarma respublikanın vətəndaşlarının artıq Ermənistana köç etdiyini göstərir.

Bəzi məlumatlara görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatının ilk günlərində artıq Qarabağdakı ermənilər kütləvi şəkildə oranı tərk etməyə başlayıb. Separatçı rejimin “lideri” Araik Aratyunyan mülki vətəndaşların Qarabağı tərk etməsini yasaqlayan qərarı ilə bunun qarşısını almağa çalışsa da, fürsət tapan ermənilər dərhal Ermənistana köçür. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!