Qarabağda neçə erməni hərbçisi itkin düşüb?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda neçə erməni hərbçisi itkin düşüb? - AÇIQLAMA

Rəsmi

23 Fevral 2021 16:00 692


Vətən Müharibəsinin bitməsindən 100 gündən çox vaxt keçsə də, Ermənistan tərəfi ölü, yaralı və itkin düşən hərbçilərin rəsmi sayını hələ də açıqlamayıb. 

Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, rəsmilərin sirr kimi saxladığı rəqəmlərin bir hissəsi təsadüf nəticəsində ictimaiyyətə məlum olub. Belə ki, Hərbi Qulluqçuların Sığortalanması Fondunun direktoru Varujan Avetikyan özü də bilmədən itkin düşən hərbçilərin sayını açıqlayıb.

Fond rəhbəri “Körpü” proqramı çərçivəsində yaxınları itkin düşən 803 ailəyə yardım etdiklərini bildirib.

“İtkin düşən şəxs anlayışı hüquq məna daşıyır və ancaq məhkəmənin qərarı ilə verilə bilər. Amma məhkəməyə müraciət və məsələnin baxılması müəyyən vaxt apardığı üçün 803 itkin düşmüş hərbçinin ailəsinə maddi yardım göstəriləcək”.

Xatırladaq ki, Ermənistan tərəfi azı 4005 hərbçisinin ölüm faktını təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!