Atəşkəsdən sonra Qarabağın Azərbaycanın nəzarətində olan ərazilərində 1.557 cəsəd tapılıb.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bu barədə Qarabağın sülhməramlı missiyasının yerləşdiyi ərazisindəki separatçılar məlumat verib.
“Döyüş əməliyyatları zamanı ölən və hələ də itkin düşmüş sayılan hərbi qulluqçuların (könüllülər, ehtiyatda olanlar) qalıqlarının axtarışı bu gün Cəbrayıl davam edəcəkdir. 13 noyabr 2020-ci il tarixdən etibarən “Artsax” xilasediciləri Azərbaycanın nəzarətinə keçən ərazilərin bütün ərazilərində axtarış-xilasetmə işləri aparırlar. Ötən aylar ərzində müxtəlif səbəblərdən axtarışlar bir neçə dəfə dayandırılıb. Erməni və Azərbaycan tərəfləri arasında zaman-zaman cəsədlər mübadiləsi həyata keçirilib. Ümumiyyətlə, Atəşkəsdən sonra Qarabağın Azərbaycanın nəzarətində olan ərazilərində 1.557 cəsəd tapılıb”, – deyə onların verdiyi açıqlamada bildirilir.
Telegram kanalımız