“Bütün bu müddət ərzində nə etdiniz? Çox şey edə bilərdiniz, amma heç nə etmədiniz. Başa düşdük ki, bir ildir bələdiyyədə çalışırsınız, amma ondan əvvəl Baş nazirin müavini olmusunuz. Nə etdin, uşaq bağçası tikdin, asfalt çəkdin?! Bundansa, Qarabağdan qaçan ermənilərə kömək edəydiniz”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Qarabağdan qaçan sıravi erməni İrəvan merinin müavini Tiqran Avinyan ilə görüşdə deyib.
Xatırladaq ki, sentyabrın 17-də İrəvan Ağsaqqallar Şurasına keçiriləcək seçkilərdə hakim “Vətəndaş müqaviləsi” partiyasının merliyə namizədi olan İrəvanın merinin müavini Tiqran Avinyan İrəvanın bölgələrində komanda yoldaşları ilə təbliğat-təşviqat kampaniyasını davam etdirir.
Lakin buna baxmayaraq, sıravi ermənilər arasında hakim qanada qarşı inam getdikcə zəifləyib. Onlar Paşinyan iqtidarının nümayəndəsini Qarabağ ermənilərinə kömək etməməkdə, onları saymamaqda ittiham edirlər.
Telegram kanalımız