25 Sentyabr - 04:59
“Qarabağ“ın 3 qol vurduğu qapıçı Fransa millisinə çağırıldı

“Qarabağ“ın 3 qol vurduğu qapıçı Fransa millisinə çağırıldı

İdman

20 Sentyabr 2022 10:55 544


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant"ın qapıçısı Alban Lafon Fransa millisinə çağırılıb.

Yenisabah.az Fransa Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, o, zədə səbəbindən yığmanın düşərgəsini tərk edən "Tottenhem"in qapıçısı Huqo Llorisin yerinə yığmaya dəvət olunub. 23 yaşlı qolkiper ilk dəfə əsas milliyə çağırılıb.

Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Avstriya, 25-də isə Danimarka ilə qarşılaşacaq .

Xatırladaq ki, A.Lafon Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la matçda (0:3) qapısından 3 qol buraxıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!