Qarabağın bərpasına 20 milyard manat xərclənəcək

saytların hazırlanması

Evə çatdırılma

Qarabağın bərpasına 20 milyard manat xərclənəcək

Sosial

24 Dekabr 2022 11:33 746


Yeni proqram çərçivəsində Qarabağın bərpasına 20 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. 

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. 

V.Qasımlı qeyd edib ki, bu xərclər daha çox daxili imkalar hesabına təmin ediləcək.  Sezar pizza

Onun sözlərinə görə, indiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa quruculuq işlərinə 9 milyard manata yaxın vəsait ayrılıb.

V.Qasımlı əlavə edib ki, prosesdə daha yaxından iştirak etməsi üçün özəl sektora imkanlar yaradılır:

"Bu sahədə dövlət-özəl partnyorluğu üçün qanunvericilik təkmilləşdirilir. Eyni zamanda, Qarabağda fəaliyyət göstərəcək sahibkarlara vergi, gömrük güzəştlərinin verilməsi, əlverişli kredit resurslarına çıxış imkanlarının yaradılmasını buna nümunə göstərə bilərik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!