“Qarabağın işğalına kar, kor və lal qalanların...“ - Ərdoğan
01 Okt 2020 17:26
761

“Qarabağın işğalına kar, kor və lal qalanların...“ - Ərdoğan

Bölgədə uzunmüddətli sülhün yaranmasının yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsidir.

Yenisabah.az xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında bildirib.

Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyən dövlət başçısı deyib: “Türkiyə olaraq bir millət, iki dövlət kimi gördüyümüz azərbaycanlı qardaşlarımıza bütün imkanlarımızla və qəlbimizin hökmü ilə dəstəyimizi davam etdirəcəyik”.

Modern.az-ın yazdığına görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, Ermənistan rəhbərliyi Türkiyəyə böhtan atmaqla məşğuldur. Dövlət başçısı Ermənistana dəstək olanları da qınayıb.

"Qarabağın işğalına kar, kor və lal qalanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür. İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur. Azərbaycanlı qardaşlarımızın işğal altındakı ərazilərini azad etmə məsələsində yanlarında olduğumuzu bir daha bəyan edirəm. Xüsusilə Minsk üçlüsü deyilən ABŞ, Fransa və Rusiya 30 ildir bu problemi gözardı edir. Bu səbəblə atəşkəs tələbləri yersizdir. İşğalçılar öncə bu ərazidən çıxmalıdırlar. Azərbaycanlı qardaşlarımız indi torpaqlarına dönəcəyi günü həsrətlə gözləyir. Bunu möhtərəm Makron və Putin ilə görüşdə də bildirmişəm. Amma nəticə yoxdur. Ancaq indi nəticə zamanıdır. Türkiyə olaraq iki dövlət, bir millət kimi gördüyümüz azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi verməyi davam edəcəyik. Ermənistanı hər şeyi bir kənara qoyub Türkiyəyə iftira atma cəhdləri xilas etməyəcək. Rəbbim azərbaycanlı qardaşlarımızın yar və yardımçısı olsun!".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər