Qaradağ İcra Hakimiyyəti ilə bağlı   YENİ XƏBƏR - 3 vəzifəli şəxs...

saytların hazırlanması

Evə çatdırılma

Qaradağ İcra Hakimiyyəti ilə bağlı YENİ XƏBƏR - 3 vəzifəli şəxs...

Siyasət

31 Yanvar 2026 16:17 3170


Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi nəticəsində bir neçə şöbə ləğv edilib.

"Yeni Sabah" xəbər verir ki, dəyişiklik nəticəsində bir neçə vəzifəli şəxs işini itirib.

Belə ki, Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib. pizza sifarişi

Müvafiq olaraq, həmin şöbələrin müdirləri – Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.

Yeni yaradılan Hüquq və kadr məsələləri sektoruna isə Firidun Hüseynov müdir təyin olunub. O, indiyədək ləğv olunmuş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləyib.

Xatırladaq ki, bir müddət əvvəl paytaxt üzrə rayon icra hakimiyyətlərinin yeni nümunəvi strukturu və ştat vahidlərinə əsasən, Bakının hər bir rayon icra hakimiyyəti aparatında 40 ştat vahidi müəyyənləşib. /İqtisadiyyat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!