“Qaradağ Şüşə Zavodu” özəlləşdirildi: Büdcəyə 20 milyon manat ödəniləcək

saytların hazırlanması

Evə çatdırılma

“Qaradağ Şüşə Zavodu” özəlləşdirildi: Büdcəyə 20 milyon manat ödəniləcək

İqtisadiyyat

10 İyul 2026 22:05 57


Azərbaycanda iri dövlət müəssisələrinin özəlləşdirilməsi və fəaliyyətinin yenidən qurulması istiqamətində növbəti mühüm addım atılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi investisiya müsabiqəsinin nəticələrinə əsasən, “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlət payı satılıb. Qalib gələn investor şirkətlə bu il iyunun 23-də rəsmi alqı-satqı müqaviləsi imzalanıb.

“Yeni Sabah" rəsmi quruma istinadən xəbər verir ki, müsabiqə komissiyasının qərarına əsasən, ən əlverişli şərtləri təklif edən “Nort Vest Konstrakşn” MMC qalib elan olunub. Bağlanmış müqavilənin şərtlərinə görə, investor dövlət büdcəsinə 20 milyon manat vəsait köçürməlidir. Bununla yanaşı, zavodun istehsal gücünün bərpası üçün müəssisəyə 16,4 milyon manat həcmində investisiya qoyulacaq.

İnvestisiya proqramı çərçivəsində şüşə istehsalında əsas rol oynayan şüşəəritmə sobaları, istehsal avadanlıqları və sexlər əsaslı şəkildə təmir olunaraq yenidən qurulacaq. Zavodda müasir texnologiyalı yeni istehsal xətləri quraşdırılacaq, həmçinin işin fasiləsizliyini təmin etmək üçün elektrik, qaz, su və kanalizasiya infrastrukturu tamamilə yenilənəcək. Toyuqlu pizza

 Bu irihəcmli sərmayə qoyuluşu həm də sosial baxımdan böyük əhəmiyyət kəsb edir. Belə ki, “Nort Vest Konstrakşn” MMC-nin həyata keçirəcəyi yeniliklər sayəsində zavodda 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Dövlət xidmətindən bildirilib ki, bu növ investisiya müsabiqələri ölkədə istehsal potensialının dirçəldilməsi, yeni texnologiyaların tətbiqi və iqtisadi aktivlərin yenidən dövriyyəyə buraxılması baxımından ən səmərəli mexanizmlərdən biridir.

Cəlalə Cəlalqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!