“Qaralovların bir qolu Qərbi Azərbaycandan gəlib” – Xan nəsli ilə qohumluq söhbəti

saytların hazırlanması

Evə çatdırılma

“Qaralovların bir qolu Qərbi Azərbaycandan gəlib” – Xan nəsli ilə qohumluq söhbəti

Sosial

28 İyul 2026 12:29 394


“Azərbaycan DNT Layihəsi”nin administratoru Orxan Xansuvarın Qaralovlar nəslinin Qarabağ xanlarının soyundan gəldiyi barədə iddiası bəzilərində etiraz, bəzilərində isə gülüş doğurub.

“Qaralovların Qarabağ xanlarına aidiyyəti barədə məndə dəqiq məlumat yoxdur. Mənim bildiyimə görə, Qarabağ xanlarının nəsli əsasən Üzeyir Hacıbəyov və həmin soya bağlı digər qollar vasitəsilə davam edib”.

Bunu “Yeni Sabah”a Gəncə Dövlət Universitetinin tarix müəllimi Bəxtiyar Çələbi deyib. Pepperoni pizza

“Bir də Nəzərovlar deyilən şəcərə Qarabağ xanları nəsilindəndir. Qaralovların bu nəslə bağlılığı barədə isə indiyədək tarixi mənbələrdə konkret məlumat görməmişəm”.

Bəxtiyar Çələbi qeyd edib ki, bu cür iddiaların təsdiqlənməsi üçün yalnız şəcərə məlumatları deyil, arxiv sənədləri, ailə əlaqələri və köç tarixləri də araşdırılmalıdır:

“Bildiyim qədərilə Qaralovların bir qolu Qərbi Azərbaycandan, digəri isə Gürcüstanla bağlıdır. Onların hansı yollarla Qarabağ xanları nəslinə bağlandıqları araşdırılmalıdır. Bu məsələ dəqiqləşdirilmədən həmin iddianın doğru olub-olmadığını söyləmək çətindir". 

Tarixçi Gəncə xanlarının nəslindən gələn ailələr barədə də söz açıb:

“Əsas qollarından biri Ziyadxanovlardır. Bundan başqa, Məmmədovlar ailəsinin müəyyən qolları da Gəncə xanları ilə Qarabağ xanları arasında qurulan qohumluq əlaqələrindən formalaşan nəslin davamçıları sayılır. Bu ailələr sonrakı dövrlərdə həmin soyun müxtəlif qolları kimi tanınıblar”. 

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!