Müğənni Mətanət Əsədova illər öncə qardaşının onu ölümlə hədələdiyini deyib.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” verilişinin qonağı olan ifaçı məktəbdə oxuduğu zaman mahnı müsabiqəsinə qatıldığı üçün qardaşının ona hədə-qorxu gəldiyini etiraf edib:
“Orta məktəbdə oxuduğum zamanlar idi. Bir gün direktorumuz mənə dedi ki, Əsədova, müəllimlər evinə get. Şövkət Ələkbərova gəlib. Müsabiqə keçirilir. Getdim, oxudum. Rayonlar arasında 25 tələbənin içərisindən mən seçildim. Dedilər get evə, hazırlaş, Bakıya gedirsən. Müəllimlər evində çıxıb evə gedəndə qardaşım məni yaxaladı. Artıq ona xəbər vermişdilər. Mənə dedi ki, dərsdə olmalısan, burada nə işin var? Dedi ki, bu əlimdəki bıçağı görürsən? Sənin başını kəsərəm. O fikri beynindən at. O zaman məni getməyə qoymadı, amma illər sonra həmin qardaşım məni müğənniliyə gətirdi”. pizza mizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız