“Qardaşımın qatilinin adını açıqlaya bilmədən öldü”  - Nahidə Orucova

saytların hazırlanması

Evə çatdırılma

“Qardaşımın qatilinin adını açıqlaya bilmədən öldü” - Nahidə Orucova

Şou

29 İyul 2026 18:12 87


"Qardaşım bərbər idi. Faiq Ağayev, Samir Bağırov onun yanına gəlirdi. Həm qadın, həm də kişilər üçün saç düzümü edirdi. 25 yaşında onu öldürdülər. Məndən 10 yaş kiçik idi. Ailəmin ən böyük faciəsi idi. Onu öldürəndə nə anam, nə də atam həyatda idi. Anam 52 yaşında xərçəngdən, atam isə 54 yaşında ürək xəstəliyindən vəfat etdi".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Bir gün" verilişində deyib. Aktrisa qardaşının qətlinin üstünün açılmadığını və bu hadisənin ömrü boyu onun üçün cavabsız qalan ən ağır suallardan biri olduğunu bildirib:

"Ömrümün sonuna qədər mənim üçün sual olaraq qalacaq ki, onu kim və nə üçün qətlə yetirdi. Başqa bir adam gedib həbsdə yatdı. Həbsdən xəbər göndərdi ki, mən öldürməmişəm, çıxanda deyəcəyəm kim edib. Amma həbsdən çıxandan sonra xəstələndi və vəfat etdi. Biz də həqiqəti öyrənə bilmədik". Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!