Qarın hündürlüyü 50 sm - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Qarın hündürlüyü 50 sm - FAKTİKİ HAVA

Sosial

28 Yanvar 2024 10:13 684


Milli Hidrometeorologiya Xidmətinin saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır.

Yenisabah.az xəbər verir ki, qar örtüyünün hündürlüyü: Laçında 50 sm, Qax, Şahbuzda 48 sm, Ordubadda 29 sm, Şəkidə 24 sm, Lerikdə 23 sm, Daşkəsəndə 22 sm, Kəlbəcər, Göygöl, Lerik, Sədərək, Qrız, Gədəbəy, Zaqatala, Şirvan, Yardımlı, Şahdağ, Qəbələ, Şərur, Xaltan, Altıağac, Ceyrançöl, İmişli, İsmayıllı, Naxçıvan, Qubada 10 sm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, arabir 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,6 metrdir. Dördpendirli pizza

Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək şaxta, dağlıq rayonlarda 4-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 19 dərəcəyədək şaxta olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!