Qarlı havada taksilərin qiymətləri artıb?   - İDDİA + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qarlı havada taksilərin qiymətləri artıb? - İDDİA + VİDEO

Sosial

15 Yanvar 2024 00:14 571


Qarlı şaxtalı hava şəraiti paytaxt yollarında ictimai nəqliyyatın hərəkətinə təsirsiz ötüşməyib.

Xezerxeber.az-ın məlumatına görə, bəzi sərnişinlər əvvəlki günlərlə müqayisədə uzun müddət dayanacaqlarda avtobus gözlədiklərini ifadə ediblər.

Amma bəzi sərnişinlər ictimai nəqliyyat sarıdan bu gün çətinlik çəkmədiklərini bildiriblər. Marqarita pizza

Taksi xidmətindən istifadə edənlər isə qiymətlərin artmasından gileyləniblər.

Taksi sürücüləri qiymət artımının cüzi olduğunu qeyd ediblər. Onlar artımı hava şəraiti və yolların buzlu olması ilə əlaqələndiriblər.

Mövcud vəziyyətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, qurumun monitorinq mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Monitorinq mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb, yarana biləcək problemlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə dərhal yerində həll edilir. Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilir. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə edilib.  

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!